Bakıda peşəkar xalça yuma xidməti
Xalça Plus Bakı, Sumqayıt və Abşeron ərazisində xalça, kilim, palaz, yumşaq mebel və avtomobil xalçalarını peşəkar avadanlıqla yuyur. Xalçanı ünvandan pulsuz götürür, sexdə yuyub qurudur və qablaşdırılmış halda ünvanınıza qaytarırıq.
Xalça yuma qiymətləri
Xalça yuma qiyməti xalçanın növünə və ölçüsünə görə kvadratmetrlə hesablanır. Sintetik xalçalar üçün qiymət daha sərfəli, yun və ipək xalçalar üçün isə xüsusi yuma rejimi tətbiq olunur. Dəqiq məbləği saytdakı kalkulyatorla əvvəlcədən hesablaya bilərsiniz.
Niyə bizi seçirlər
- Ünvandan götürülmə və çatdırılma pulsuzdur
- Hər xalça növünə uyğun yuyucu vasitə və rejim
- Qapalı kameralarda qurutma, rütubət və qoxu qalmır
- Antibakterial emal, toz gənələri və allergenlər təmizlənir
- 2–3 iş günü ərzində təhvil
Xalçanı nə qədər tez-tez yumaq lazımdır
Ev şəraitində xalçanı ildə ən azı bir dəfə, uşaq və ev heyvanı olan evlərdə isə 6 ayda bir dəfə peşəkar yumaq tövsiyə olunur. Tozsoran yalnız səthi təmizləyir, xovun dibində toplanan toz, bakteriya və allergenlər isə yalnız dərin yuma ilə çıxır.